Dövlət Məşğulluq Agentliyinin fəaliyyətinə göstərdiyiniz diqqət üçün təşəkkür edirik. Agentliyin fəaliyyəti barədə xəbərlər mütəmadi olaraq sizə göndəriləcək.
OlduƏmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi işsiz şəxslərin sosial müdafiəsini gücləndirmək, məşğulluğunu təmin etmək məqsədilə peşə hazırlığı kurslarını davam etdirir.
“Peşə öyrən, işsiz qalma!” devizi altında həyata keçirilən “Peşəkar” layihəsinə daha bir təlim-tədris mərkəzi qoşulub. “TCS” MMC ilə qurulan əməkdaşlıq çərçivəsində sənaye istiqamətləri üzrə elektrik montyoru, qaz qaynaqçısı, elektrik-qaz qaynaqçısı, əl elektrik qaynaqçısı, tornaçı, frezerçi, təmirçi-çilingər, bənna, inşaat rəngsazı, suvaqçı peşələri üzrə hazırlıq kursları təşkil ediləcək.
Qeyd olunan peşələr üzrə kurslara müraciət etmək istəyən işsiz şəxslər qeydiyyat üçün Dövlət Məşğulluq Agentliyinin yerli qurumlarına və ya “DOST” Mərkəzlərinə müraciət edə bilərlər.
Peşə hazırlığı kursları Bakı şəhərində təşkil olunacaq. Kursları bitirən şəxslər beynəlxalq sertifikatlarla təmin olunacaq və tərəfdaş təşkilat tərəfindən işlə təminatına dəstək göstəriləcək.
“TCS” MMC 2007-ci ildən həm daxili, həm də xarici bazarda sənaye sahələrində Beynəlxalq Akkreditasiyaların tələblərinə uyğun Təlim/Tədris və Mühəndislik xidmətləri göstərir. TCS tərəfindən göstərilən xidmətlər beynəlxalq ISO 9001 və ISO 21001 standartlarının tələblərinə uyğun olaraq City & Guilds, DNV, CQI, API, IOSH, AITT, IADC, LEEA kimi nüfuzlu beynəlxalq akkreditasiya təşkilatlarının dəstəyi və nəzarəti altında həyata keçirilir.