Dövlət Məşğulluq Agentliyinin fəaliyyətinə göstərdiyiniz diqqət üçün təşəkkür edirik. Agentliyin fəaliyyəti barədə xəbərlər mütəmadi olaraq sizə göndəriləcək.
OlduƏmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin Qazax-Tovuz və Mil-Muğan Regional Məşğulluq filialları tərəfindən Şəmkir və Sabirabadda əmək yarmarkası təşkil olunub.
Yarmarkaya Şəmkir rayonu üzrə 18, Sabirabad rayonu üzrə isə 12 müəssisə qatılıb. Ümumilikdə aktiv məşğulluq tədbirində işsiz və işaxtaran şəxslərə 325 boş iş yeri təqdim edilib.
İşəgötürənlər tərəfindən vakansiyalara müraciət edən şəxslərin CV-ləri qəbul edilərək nəzərdən keçirilib, uyğun namizədlər növbəti mərhələyə dəvət olunublar.
Tədbirdə işsiz və işaxtaran şəxslərə Agentliyin aktiv məşğulluq istiqamətləri barədə məlumat verilib, müraciət etmək istəyən şəxslərlə ilkin sorğular həyata keçirilib. Yeni peşəyə yiyələnmək istəyən şəxslərə isə Gəncə Peşə Hazırlığı Mərkəzində tədrisi həyata keçirilən kurslar təqdim edilib.
Yarmarkanın keçirilməsində əsas məqsəd işsiz və işaxtaranların əmək bazarına çıxışının dəstəklənməsi, uyğun təcrübə imkanlarının yaradılmasının təmin edilməsidir.