Məşğulluğa Dəstək Layihəsi” çərçivəsində Şəmkir və Ağstafada ictimai dinləmələr keçirilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Dünya Bankının maliyyə dəstəyi ilə icra olunan “Məşğulluğa Dəstək Layihəsi” barədə Şəmkir və Ağstafa rayonlarında da  ictimai dinləmələr keçirilib. 

 

Layihə barədə məlumatlılığı artırmaq, hədəf kateqoriyaları layihəyə cəlb etmək məqsədi daşıyan tədbirlərdə layihənin hədəf və məqsədləri, əhatə dairəsi haqqında məlumat verilib. “Məşğulluğa Dəstək Layihəsi”nin icrası zamanı ətraf mühit və sosial məsələlərə dair tələblər, proqramın gözlənilən faydaları, müraciət və iştirak qaydaları diqqətə çatdırılıb.

 

İştirakçıları maraqlandıran suallar cavablandırılıb. Layihə çərçivəsində öz biznesini qurmaq istəyən işsiz və işaxtaran şəxslərə müvafiq tövsiyələr verilib.