Dövlət Məşğulluq Agentliyinin fəaliyyətinə göstərdiyiniz diqqət üçün təşəkkür edirik. Agentliyin fəaliyyəti barədə xəbərlər mütəmadi olaraq sizə göndəriləcək.
OlduƏmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən və Dünya Bankının maliyyə dəstəyi ilə həyata keçirilən “Məşğulluğa Dəstək Layihəsi” çərçivəsində Şəmkir və Ağstafa rayonlarında da ictimai dinləmələr keçiriləcək.
Tədbirlərdə layihənin hədəf və məqsədləri, əhatə dairəsi, layihənin icrası zamanı ətraf mühit və sosial məsələlərə dair tələblər, proqramın gözlənilən faydaları, müraciət və iştirak qaydalarına dair iştirakçılara ətraflı məlumat veriləcək.
İctimai dinləmələr avqustun 3-də saat 11:00-da Şəmkir şəhərində, Şəmkir Gənclər Evinin binasında (Heydər Əliyev prospekti 60) və həmin gün saat 14:00-da Ağstafa şəhərində, Qazax-Tovuz Regional Məşğulluq Filialının Ağstafa xidmət şöbəsinin binasında (Səməd Vurğun küçəsi 57A) təşkil olunacaq.