Şəkidə “Məşğulluğa Dəstək Layihəsi”nə dair ictimai dinləmə keçiriləcək

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən və Dünya Bankının maliyyə dəstəyi ilə həyata keçirilən “Məşğulluğa Dəstək Layihəsi” çərçivəsində Şəki şəhərində ictimai dinləmə keçiriləcək.

 

Tədbirdə layihənin hədəf və məqsədləri, əhatə dairəsi, layihənin icrası zamanı ətraf mühit və sosial məsələlərə dair tələblər, proqramın gözlənilən faydaları, müraciət və iştirak qaydalarına dair iştirakçılara ətraflı məlumat veriləcək.

 

İctimai dinləmə iyunun 8-də saat 10:00-da Şəki şəhərində Regional Məşğulluq Filialının binasında (M.F.Axundov prespekti 56 A) keçiriləcək.