Dövlət Məşğulluq Agentliyinin fəaliyyətinə göstərdiyiniz diqqət üçün təşəkkür edirik. Agentliyin fəaliyyəti barədə xəbərlər mütəmadi olaraq sizə göndəriləcək.
OlduƏmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və Gənclər Fondunun dəstəyi, “Gənclərin Maarifləndirilməsinə Dəstək” İctimai Birliyinin təşkilatçılığı ilə “Gənclərin Məşğulluq Məktəbi 2” yaz düşərgəsi başlayıb.
Düşərgənin rəsmi açılış mərasimində Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Mustafa Abbasbəyli, Gənclər Fondunun icraçı direktoru vəzifəsini icra edən Qədir Xəlilov, Gənclər və İdman Nazirliyinin nümayəndəsi Elşən Qəhrəmanov, Şəki Rayon İcra Hakimiyyətinin başçısının müavini Elman İmamverdiyev iştiak edib.
Düşərgə iştirakçılarına gənclərin məşğulluğun təmin edilməsində dövlət tərəfindən yaradılan xidmətlər barədə məlumat verilib, müasir çağırışlardan, rəqəmsal dünyanın gənclərdən tələb etdiyi bilik və bacarıqlardan danışılıb, rəsmilər uğurlu karyera qurmaq istiqamətində öz tövsiyələrini bölüşüblər.
5 gün davam edəcək düşərgədə gənclər üçün karyera planlamasında vacib addımlar, düzgün məqsədlərin təyin edilməsi, effektiv CV-nin yazılması, müsahibəyə hazırlıq qaydaları kimi mövzularda təlimlər, panel müzakirələr, müxtəlif peşələr üzrə master-klasslar, konsultasiya xidmətləri, əyləncəli enercayzerlər, komanda quruculuğu və intellektual oyunlar, idman yarışları keçiriləcək. Düşərgə müddətində gənclər Şəkinin tarixi məkanlarına da ekskursiya edəcəklər. Hər günün yekununda düşərgə iştirakçıları üçün konsert proqramı təşkil olunacaq.
Düşərgənin təşkilində əsas məqsəd gənclər arasında şəbəkələşmə əlaqələrinin gücləndirilməsi və onların karyera planlaması istiqamətində maarifləndirilməsinə dəstək olmaqdır.
“Gənclərin Məşğulluq Məktəbi” ilk dəfə 6-10 fevral 2023-cü il tarixlərində qış düşərgəsi formatında Mingəçevir şəhərində 120 gəncin iştirakı ilə baş tutub.