Şəhidlərimiz Samir Xudiyev və Rəşad Ağayevin ailələri ziyarət edilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin İdarə Heyəti sədrinin müavinləri Nihad Muxtarlı və Rüfət Cavadov Vətən müharibəsi şəhidləri Samir Xudiyev və Rəşad Ağayevin ailələrini ziyarət edib.

 

Şəhidlərimizin xatirəsi yad edilib, onların hərbi əməliyyatlar zamanı göstərdikləri şücaətlərdən bəhs olunub.

 

Qeyd edilib ki, hər iki şəhidin ailələri ilə bağlı sosial dəstək tədbirləri həyata keçirilib, həmçinin onların məşğulluq məsələlərinin həllinə kömək göstərilib. 

 

Şəhid Samir Xudiyevin anası Xanım Xudiyeva və Rəşad Ağayevin anası Ruhiyyə Ağazadə öz seçimləri əsasında haqqı ödənilən ictimai işlər proqramına cəlb ediliblər.

 

Görüşlərdə hər iki ailənin bundan sonra da sosial dəstək tədbirləri ilə əhatə olunacaqları bildirilib.