Dövlət Məşğulluq Agentliyinin fəaliyyətinə göstərdiyiniz diqqət üçün təşəkkür edirik. Agentliyin fəaliyyəti barədə xəbərlər mütəmadi olaraq sizə göndəriləcək.
OlduƏmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizin övladları üçün “Qələbənin övladları” adlı tədbir təşkil edib.
Agentliyin sosial tərəfdaşları ilə birgə təşkil olunan tədbirdə 35 şəhid övladı olmaqla ümumilikdə 55 ailə üzvü iştirak edib. Onlar üçün Dəniz Mall ticarət mərkəzində əyləncəli proqram təşkil olunub.
İlk olaraq uşaqlar CineMastercard kinoteatrlar şəbəkəsi tərəfindən təqdim edilən cizgi filiminə tamaşa ediblər, daha sonra onlara Bravo marketlər şəbəkəsi tərəfindən hədiyyələr təqdim edilib. Sonda uşaqlarla xatirə şəkilləri çəkilib, şəhid ailələri onlara göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.