Şəhid övladları üçün bayram tədbiri təşkil edilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyinin Bakı Regional Məşğulluq filialının təşkilatçılığı ilə “Yeni ilə yeni ümidlə” adlı  tədbir baş tutub.  Həssas qruplara dəstək proqramları çərçivəsində həyata keçirilən korporativ sosial məsuliyyət tədbirində ümumilikdə 40 şəhid övladı iştirak edib.

 

Bakı Regional Məşğulluq filialının təşəbbüsünə Agentliyin sosial tərəfdaşları olan “Azərsun” Holdingə daxil olan  Park Bulvar, Al market, Shokki Mokki, habelə McDonald’s MMC qoşulub. Bayram tədbiri çərçivəsində şəhid övladları planetariumda film izləyib,  sehrbaz və animatorların çıxışlarına baxıb və bayram ziyafətində iştirak ediblər. Sonda isə onlara bayram hədiyyələri təqdim edilib.  Tədbirin məqsədi ölkəmizin ərazi bütövlüyünün müdafiəsi uğrunda şəhid olmuş qəhrəmanlarımızın övladlarının əyləncəli və yaddaqalan bir gün keçirməsi olub.