Dövlət Məşğulluq Agentliyinin fəaliyyətinə göstərdiyiniz diqqət üçün təşəkkür edirik. Agentliyin fəaliyyəti barədə xəbərlər mütəmadi olaraq sizə göndəriləcək.
OlduƏmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin Gəncə-Daşkəsən və Mil-Muğan Regional Məşğulluq filialları tərəfindən Samux və Beyləqan rayonlarında işəgötürənlərlə görüşlər keçirilib.
Hər iki rayonun İcra Hakimiyyətləri ilə birgə keçirilən görüşlərdə Ərazi Məşğulluq Proqramının icrası çərçivəsində görülmüş işlər, Agentliyin fəaliyyət istiqamətləri və məşğulluq xidmətləri ilə bağlı işəgötürənlərə məlumat verilib, mövcud imkanlar və əməkdaşlıq perspektivləri müzakirə edilib.
Görüşlərdə həmçinin sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən vətəndaşların məşğulluğunu təmin etmək üçün kvota tətbiq edilməsi qaydası, birgə maliyyələşmə proqramı, peşə hazırlığının təşkili və digər məşğulluq proqramları barədə təqdimat edilib, işəgötürənləri maraqlandıran suallar cavablandırılıb.
Sonda Dövlət Məşğulluq Agentliyinin fəaliyyət istiqamətlərindən faydalanan işəgötürənlərin fikirləri dinlənilib.