Dövlət Məşğulluq Agentliyinin fəaliyyətinə göstərdiyiniz diqqət üçün təşəkkür edirik. Agentliyin fəaliyyəti barədə xəbərlər mütəmadi olaraq sizə göndəriləcək.
OlduƏmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi işsiz və işaxtaran şəxslər üçün bu dəfə Salyan və Gəncədə əmək yarmarkaları təşkil edib.
Şirvan-Salyan və Gəncə-Daşkəsən Regional Məşğulluq filialları tərəfindən təşkil edilən tədbirlərdə 11 işəgötürən tərəfindən 100-ə yaxın vakansiya təqdim edilib. Gəncədə təşkil edilən yarmarkada təqdim olunan vakansiyalar Kəlbəcər rayonu üzrə olub. Müraciət edən şəxslərə vakansiyaların tələbləri haqqında ətraflı məlumat verilib və işəgötürənlər tərəfindən uyğun namizədlərin məlumatları qeydiyyata alınıb.
Yarmarkalarda işsiz və işaxtaran şəxslərə Dövlət Məşğulluq Agentliyinin həyata keçirdiyi aktiv məşğulluq tədbirləri barədə də məlumatlar təqdim edilib.
Bizi sosial mediada izləyin
Facebook: dma.gov.az
Instagram: dma.gov.az
Linkedin: Dövlət Məşğulluq Agentliyi
YouTube: dmasosialgovaz