Quba, Şəki və Zaqatalada tələbə və şagirdlərlə peşəyönümü məsləhət görüşləri keçirilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin Regional Məşğulluq filialları tərəfindən tələbə və şagirdlərə peşəyönümü məsləhət xidmətlərinin göstərilməsi davam edir.

 

Bu dəfə Quba-Xaçmaz və Şəki-Zaqatala Regional Məşğulluq filialının dəstəyi ilə Quba, Şəki və Zaqatalada tələbə və şagirdlər üçün “Peşəkar gənclik” layihəsi çərçivəsində peşəyönümü məsləhət görüşləri keçirilib.

 

Tələbə və şagirdlər karyera planlaması və onun üstünlükləri, düzgün ixtisas/peşə seçimi, iş axtarışı yolları, CV, istək məktubunun hazırlanması, müsahibəyə hazırlıq kimi mövzular barədə məlumatlandırılıb.