Şagirdlərin şəxsi inkişafına təkan vermək məqsədilə “Kəndimə gəl!” layihəsinə start verilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin Mərkəzi Karyera filialı tərəfindən Kəndimə gəl!” layihəsinə start verilib.

 

Məqsəd ucqar kənd məktəblərində təhsil alan şagirdlərin şəxsi inkişafına təkan vermək, onların gələcək əmək bazarına düzgün hazırlığını təmin etməkdir.

 

Layihə çərçivəsində ilk olaraq Lerik rayon Çayrud kənd orta məktəbinin şagirdləri üçün peşəyönümü məsləhəti görüşləri keçirilib.

 

3 gün davam edən layihədə şagirdlərə “özünü tanıma və karyera planlaması”, “əmək bazarı və bacarıqlar”, “məqsədlərin təyin olunması”, “ünsiyyət bacarıqları” mövzusunda seminarlar və müxtəlif peşələr üzrə master-klasslar keçirilib.

 

Qeyd edək ki, digər ucqar kənd məktəblərində də layihənin icra olunması nəzərdə tutulub.