Dövlət Məşğulluq Agentliyinin fəaliyyətinə göstərdiyiniz diqqət üçün təşəkkür edirik. Agentliyin fəaliyyəti barədə xəbərlər mütəmadi olaraq sizə göndəriləcək.
OlduDövlət və özəl sektor nümayəndələrinin iştirakı ilə “Tərəfdaşlıqdan tərəqqiyə” şüarı ilə keçirilən Təhsilin İnkişafı Forumunda gələcək əmək bazarı və məşğulluq məsələləri geniş müzakirə olunub.
Forumun “Gələcəyi gənclərə necə hazırlamalı?” adlı panelində çıxış edən Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Sadiq Əliyev bildirib ki, məşğulluq siyasətinin prioritet istiqamətlərindən biri gənclərin əmək bazarına hazırlanması və inteqrasiyasıdır. Hazırda aktiv məşğulluq tədbirlərinin yarıdan çoxu məhz gənclərə yönəlib.
Agentlik sədri bildirib ki, son illər əmək bazarında dəyişikliklər çox dinamik şəkildə gedir. Proses, bir sıra peşələrin sıradan çıxması, əvəzində yeni peşələrin yaranması ilə müşayiət olunur. Bütün bunlar gələcəyin əmək bazarına yenidən baxmaq və konseptual yanaşma tələb edir.
Sadiq Əliyev bu baxımdan 3 istiqamətdə - bacarıqların inkişafı, gənclərin özünükəşfi, habelə dəyişikliyə hazır olmaq və onun idarə edilməsi üçün fəaliyyətin əhəmiyyətini vurğulayıb. Bildirib ki, Dövlət Məşğulluq Agentliyi peşəyönümü, peşə hazırlığı və karyera məsləhəti kimi alətləri ilə bu istiqamətdə gənclərə dəstək olur.
Sadiq Əliyev həmçinin qeyd edib ki, əmək bazarının gələcək taleyi özündə risklərlə yanaşı, fürsətləri də ehtiva edir. Əmək bazarına yanaşmada optimist olmaq və fürsətlərə köklənmək lazımdır.