Sabirabadda vətəndaşların müraciətləri dinlənilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Mustafa Abbasbəyli bu dəfə Sabirabad rayonunda vətəndaşları qəbul edib.

 

Qəbul zaman vətəndaşlar əsasən işlə təminat, ictimai işlər, özünüməşğulluq proqramından yararlanma və qurumun fəaliyyətinə dair digər məsələlərlə bağlı müraciət ediblər.

 

Sorğu xarakterli müraciətlərlə bağlı izahatlar verilib, araşdırma tələb edən məsələlərin həll edilməsi ilə bağlı müvafiq tədbirlərin görülməsinə başlanılıb.