Sabirabadda Agentlik sədrinin vətəndaş qəbulu keçirilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Sadiq Əliyevin bu dəfə Sabirabad rayonunda vətəndaş qəbulu baş tutub.

 

Qəbulda Sabirabad və Saatlı rayonlarından olan sakinlər iştirak ediblər. Səsləndirilən müraciətlər əsasən işlə təmin olunma, özünüməşğulluq proqramından yararlanma və qurumun fəaliyyətinə aid digər sahələrə ilə bağlı olub.

 

Şəhid ailəsi üzvləri, müharibə əlilləri, eləcə də digər imtiyazlı şəxslər növbədənkənar qəbul edilib.

 

Görüşün sonunda əlavə araşdırma tələb edən müraciətlərin həll edilməsi ilə bağlı müvafiq göstərişlər verilib.

 

 

Bizi sosial mediada izləyin

 

Facebook: dma.gov.az

Instagram: dma.gov.az

Linkedin: Dövlət Məşğulluq Agentliyi

YouTube: dmasosialgovaz