Saatlı və Tərtərdə əmək yarmarkalarında 21 işəgötürən tərəfindən 175 vakansiya təqdim edilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin Qarabağ və Mil-Muğan Regional Məşğulluq filialları tərəfindən növbəti əmək yarmarkaları təşkil olunub.

 

Saatlı və Tərtərdə keçirilən aktiv məşğulluq tədbirlərində ümumilikdə 21 işəgötürən tərəfindən 175 vakansiya təqdim edilib.

 

Yarmarkaya qatılan işsiz və işaxtaran şəxslərə işəgötürənlər tərəfindən müvafiq vakansiyalara dair tələblər barədə ətraflı məlumat verilib, müraciət edən şəxslərin CV-ləri qəbul edilərək nəzərdən keçirilib, uyğun namizədlərin qeydiyyatı aparılıb.

 

Bundan başqa tədbirdə həmçinin işsiz və işaxtaran şəxslərə Agentliyin aktiv məşğulluq istiqamətləri və müraciət qaydaları barədə də məlumat verilib.