Dövlət Məşğulluq Agentliyinin fəaliyyətinə göstərdiyiniz diqqət üçün təşəkkür edirik. Agentliyin fəaliyyəti barədə xəbərlər mütəmadi olaraq sizə göndəriləcək.
OlduƏmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi ilə Rumıniyanın Məşğulluq üzrə Milli Agentliyi arasında imzalanmış Fəaliyyət Planı çərçivəsində iki qurumun əməkdaşlarının iştirakı ilə onlayn vörkşop keçirilib.
“Karyera məsləhəti xidmətlərində inklüzivliyin təmin olunması üçün dəstək metodları” mövzusunda keçirilən vörkşopda hər iki qurumun nümayəndələri təqdimatlarla çıxış edərək Rumıniya və Azərbaycanda karyera məsləhəti sahəsində inklüzivliyin təmin olunması istiqamətində görülən işlər barədə məlumat veriblər. Müzakirələr zamanı bu sahədə təcrübə mübadiləsinin və əməkdaşlığın genişləndirilməsinin əhəmiyyəti vurğulanıb.
Qeyd edək ki, Dövlət Məşğulluq Agentliyi ilə Rumıniyanın Məşğulluq üzrə Milli Agentliyi 2023-cü ilin 26 aprel tarixində imzalanmış Anlaşma Memorandumu və həmin memorandumun icrası məqsədilə 3 oktyabr 2023-cü il tarixində imzalanmış Fəaliyyət Planı çərçivəsində əməkdaşlıq edir.