Rumıniyanın Məşğulluq üzrə Milli Agentliyi ilə imzalanan Fəaliyyət Planına əsasən vörkşop keçirilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi ilə Rumıniyanın Məşğulluq üzrə Milli Agentliyi arasında imzalanmış Fəaliyyət Planı çərçivəsində iki qurumun əməkdaşlarının iştirakı ilə onlayn vörkşop keçirilib.

 

 “Karyera məsləhəti xidmətlərində inklüzivliyin təmin olunması üçün dəstək metodları” mövzusunda keçirilən vörkşopda hər iki qurumun nümayəndələri təqdimatlarla çıxış edərək Rumıniya və Azərbaycanda karyera məsləhəti sahəsində inklüzivliyin təmin olunması istiqamətində görülən işlər barədə məlumat veriblər. Müzakirələr zamanı bu sahədə təcrübə mübadiləsinin və əməkdaşlığın genişləndirilməsinin  əhəmiyyəti vurğulanıb.

 

Qeyd edək ki, Dövlət Məşğulluq Agentliyi ilə Rumıniyanın Məşğulluq üzrə Milli Agentliyi 2023-cü ilin 26 aprel tarixində imzalanmış Anlaşma Memorandumu və həmin memorandumun  icrası məqsədilə 3 oktyabr 2023-cü il tarixində imzalanmış Fəaliyyət Planı çərçivəsində əməkdaşlıq edir.