Dövlət Məşğulluq Agentliyinin fəaliyyətinə göstərdiyiniz diqqət üçün təşəkkür edirik. Agentliyin fəaliyyəti barədə xəbərlər mütəmadi olaraq sizə göndəriləcək.
Olduİlk görüşlər Gəncə, İsmayıllı və Qubada keçiriləcək
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin Mərkəzi Karyera filialı regionlarda “Səyyar məsləhət” layihəsinə başlayır.
Layihə çərçivəsində Filialın peşəkar karyera məsləhətçiləri regionlardakı şagird və abituriyentlərlə görüşərək onların ixtisas seçimi və karyera planlaması istiqamətində suallarını cavablandıracaq.
İlk görüşlərin 21, 24 iyul və 4 avqust tarixlərində Gəncə, İsmayıllı və Qubada keçirilməsi planlaşdırılır. Görüşlərə qatılmaq istəyən şagird və abituriyentlər yaşadıqları ərazi üzrə Regional Məşğulluq filialları ilə əlaqə saxlaya bilərlər.