Regionalarda işəgötürənlərlə görüş keçirilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin Dağlıq Şirvan Regional Məşğulluq filialında ilin yekunlarına dair işəgötürənlərlə görüş keçirilib. Görüş zamanı cari ildə işəgötürənlərə dəstək məqsədilə həyata keçirilən layihələr barədə məlumat verilib, işsiz və işaxtaranların məşğulluğunun təminatı üçün birgə görüləcək işlər müzakirə edilib.


Görüşdə il ərzində Dağlıq Şirvan Regional Məşğulluq filialı ilə sıx əməkdaşlıq edən işəgötürənlər “Təşəkkürnamə” ilə təltif edilib.


Dövlət Məşğulluq Agentliyinin Mil-Muğan Regional Məşğulluq filialında isə Göyçay Peşə Hazırlığı Mərkəzi ilə birgə İmişli rayonu ərazisində fəaliyyət göstərən işəgötürənlərlə görüş keçirilib.


Görüşdə işaxtaran və işsiz şəxslərin sosial müdafiəsinin gücləndirilməsi və məşğulluq imkanlarının genişləndirilməsi üçün Dövlət Məşğulluq Agentliyi tərəfindən təşkil olunan peşə hazırlığı kursları, əmək bazarının tələblərinə cavab verən kadrların hazırlanıb işlə təmin olunması istiqamətində görülən işlər və həyata keçirilən layihələr haqqında məlumat verilib. İşəgötürənləri maraqlandıran suallar ətrafında fikir mübadiləsi aparılıb.