“Region gənclərinin məşğulluğu üçün aqroturizmin təşviqi” layihəsi başa çatıb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi, Azərbaycan Respublikasının Gənclər Fondu və “Göyçay İnkişaf Mərkəzi”nin dəstəyi ilə həyata keçirilən “Region gənclərinin məşğulluğu üçün aqroturizmin təşviqi” layihəsi başa çatıb.

 

Layihə çərçivəsində Göyçay və Qəbələ rayonundan seçilən aqroturizm sahəsində təcrübəsi olan, bu istiqamətdə özünü inkişaf etdirmək istəyən 30 gənc marketinq bacarıqları, biznesin idarə edilməsi və maliyyə savadlılığının artırılması istiqamətlərində təlimlərə cəlb edilib. İştirakçıların Qəbələ və Göyçayda fəaliyyət göstərən iri təsərrüfatlara təcrübə səfərləri təşkil edilib. Layihənin sonunda gənclərə sertifikatlar verilib.

 

Eyni zamanda layihə çərçivəsində Göyçay rayonunda gənc sahibkarların hazırladıqları məhsulların da sərgiləndiyi “Aqroturizm və sosial sahibkarlıq” festivalı təşkil edilib.

 

Layihənin əsas məqsədi kənd təsərrüfatı və turizm sektoru arasında əlaqələri gücləndirməklə iqtisadi şaxələnmə və gənclərin iş yerlərinin yaradılmasını sürətləndirməkdir.