Dövlət Məşğulluq Agentliyinin fəaliyyətinə göstərdiyiniz diqqət üçün təşəkkür edirik. Agentliyin fəaliyyəti barədə xəbərlər mütəmadi olaraq sizə göndəriləcək.
OlduƏmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyinin İdarə Heyəti sədrinin müavinləri Rüfət Cavadov və Nihad Muxtarlı Ramazan bayramı ərəfəsində Vətən müharibəsi şəhidləri Nihad Rzaxanov və Sənan Abdullayevin ailələrini ziyarət ediblər.
Görüş zamanı şəhidlərin keçdiyi şərəfli döyüş yolundan bəhs olunub, onların xatirəsinin əbədi olaraq yaşayacağı vurğulanıb.
Nihad Rzaxanov 2020-ci il noyabrın 6-da Xocavənd uğrunda gedən hərbi əməliyyatlar zamanı, Sənan Abdullayev isə həmin ilin oktyabrın 5-də Füzuli rayonu uğrunda döyüşlərdə şəhidlik zirvəsinə ucalıb.
Prezident İlham Əliyevin Sərəncamlarına əsasən Nihad Rzaxanov "Vətən uğrunda", “Füzulinin azad olunmasına görə", Sənan Abdullayev isə "Vətən uğrunda" medalları ilə təltif edilib.
Hər iki şəhidin ailələri sosial dəstək tədbirləri ilə əhatə olunub, həmçinin, məşğulluq məsələlərinin həllinə də dəstək göstərilib. Şəhid Nihad Rzaxanovun anası Radə Rzaxanova və şəhid Sənan Abdullayevin anası Gülbəniz Abdullayeva münasib işlə təmin ediliblər.