Dövlət Məşğulluq Agentliyinin fəaliyyətinə göstərdiyiniz diqqət üçün təşəkkür edirik. Agentliyin fəaliyyəti barədə xəbərlər mütəmadi olaraq sizə göndəriləcək.
OlduƏmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin
Qarabağ Peşə Hazırlığı Mərkəzi tərəfindən Azərbaycan Respublikasının Minaətəmizləmə Agentliyi ilə birgə “həyat fəaliyyətinin təhlükəsizliyi mühədisiliyi” peşəsi üzrə hazırlıq kursu təşkil edilib.
Şərqi Zəngəzur iqtisadi rayonu üzrə Qubadlı rayonu, Balasoltanlı kəndində təşkil olunan kursa ümumilikdə 70-ə yaxın şəxs cəlb olunub.
Kurs müddətində müdavimlərə texniki standartlar və təhlükəsizlik, minalar barəsində ümumi məlumatlar, təhlükəsizlik tədbirləri və vəzifə borcları, ilkin yardımın əsasları, zərərçəkmişin təxliyəsi, təhlükənin idarə olunması, döyüş sahəsinin təmizlənməsin qaydaları kimi mövzularda tədris həyata keçirilir.
Artıq həmin şəxslərdən bir qismi kursu bitirib və kursu bitirənlərdən 90%-dən çoxu işlə təmin edilib. Daha 36 nəfərin isə tədrisi davam edir.