Dövlət Məşğulluq Agentliyinin fəaliyyətinə göstərdiyiniz diqqət üçün təşəkkür edirik. Agentliyin fəaliyyəti barədə xəbərlər mütəmadi olaraq sizə göndəriləcək.
OlduƏmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin Quba-Xaçmaz Regional Məşğulluq filialı tərəfindən Quba şəhərində əmək yarmarkası keçirilib.
Tədbirdə rayon üzrə 21 müəssisə tərəfindən 250 vakansiya təqdim edilib. Vakansiyalar daha çox regionun əmək bazarının tələbatına uyğun olaraq turizm, ictimai iaşə, aqrar, qida, səhiyyə, tikinti, bank, xidmət və təhsil sahələrini əhatə edib. Yarmarkada, eyni zamanda işsiz və işaxtaran şəxslərə Qarabağda iş imkanları da təklif edilib. Yarmarkaya "ArchiCO" MMC tərəfindən işğaldan azad olunan ərazilərdə aparılacaq quruculuq işlərində iştirak üçün rəngsaz, fəhlə, armaturçu və digər sahələr üzrə 50-dək boş iş yeri təqdim edilib.
Tədbirdə Quba-Xaçmaz Regional Məşğulluq filialı tərəfindən təşkil edilən aşpaz və ingilis dili peşəsi üzrə hazırlıq kursunun da açılışı olub. 34 nəfər işsiz şəxsin cəlb olunduğu kursun yekununda müdavimlərin işlə təmin olunması nəzərdə tutulub
Yarmarkada, həmçinin işsiz və işaxtaran şəxslərə Agentiyin aktiv məşğulluq tədbirləri barədə məlumat verilib. İş üçün müraciət edən şəxslərin CV-ləri qəbul edilib, özünüməşğulluq proqramından yararlanmaq istəyən vətəndaşların qeydiyyatı aparılıb.