Dövlət Məşğulluq Agentliyinin fəaliyyətinə göstərdiyiniz diqqət üçün təşəkkür edirik. Agentliyin fəaliyyəti barədə xəbərlər mütəmadi olaraq sizə göndəriləcək.
OlduƏmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin Quba-Xaçmaz Regional Məşğulluq filialı tərəfindən Quba və Siyəzən rayonlarında işəgötürənlərin iştirakı ilə dəyirmi masalar təşkil olunub.
Hər iki rayonda keçirilən tədbirlərdə, Rayon İcra Hakimiyyəti başçısının müavini və işəgötürənlər iştirak edib.
Görüşlərdə Quba və Siyəzən rayonlarında Ərazi Məşğulluq Proqramının icrası çərçivəsində görülmüş işlər, Dövlət Məşğulluq Agentliyinin fəaliyyət istiqamətləri və məşğulluq xidmətləri ilə bağlı işəgötürənlərə məlumat verilib, mövcud imkanlar və əməkdaşlıq perspektivləri müzakirə edilib.
İşəgötürlənlərə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən vətəndaşların məşğulluğunu təmin etmək üçün kvota tətbiq edilməsi qaydası, sosial iş yerlərində işçilərin əməkhaqqının bir hissəsinin Dövlət Məşğulluq Agentliyi tərəfindən işsizlikdən sığorta vəsaiti hesabına maliyyələşdirilməsi qaydası, digər məşğulluq tədbirləri, işaxtaran və işsiz şəxslərin peşə hazırlığının təşkili haqqında ətraflı məlumat verilib, onları maraqlandıran suallar cavablandırılıb.
Sonda Dövlət Məşğulluq Agentliyinin müxtəlif fəaliyyət istiqamətlərindən faydalanan işəgötürənlərin fikirləri və digər işəgötürənlərin bu layihələrdən faydalanması ilə bağlı tövsiyyələri dinlənilib.