Dövlət Məşğulluq Agentliyinin fəaliyyətinə göstərdiyiniz diqqət üçün təşəkkür edirik. Agentliyin fəaliyyəti barədə xəbərlər mütəmadi olaraq sizə göndəriləcək.
OlduƏmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən işsiz və işaxtaran şəxslər üçün bu həftə Quba və Ağcabədidə əmək yarmarkaları keçirilib.
Agentliyin tabeliyində Quba-Xaçmaz və Qarabağ Regional Məşğulluq filialları tərəfindən təşkil olunmuş aktiv məşğulluq tədbirlərində 20 işəgötürən tərəfindən, ümumilikdə, 126 vakansiya təqdim olunub.
Vakansiyalara müraciət edən şəxslərə iş yerləri üzrə tələblər və işə qəbul qaydaları barədə məlumat verilib, həmçinin uyğun namizədlərin qeydiyyatı aparılıb.
Ağcabədidə keçirilmiş yarmarkada Agentliyin Qarabağ Peşə Hazırlığı Mərkəzi də öz stendi ilə iştirak edib. İşsiz və işaxtaran şəxslərə kurslar və müraciət qaydaları barədə məlumat verilib.