Tələbə İnkişaf Platforması çərçivəsində Qəbələ və İsmayıllıda tələbələrlə görüş keçirilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Naziliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin Mərkəzi Karyera filialı tərəfindən Tələbə İnkişaf Platforması (TİP) çərçivəsində Qəbələ və İsmayıllı rayonlarında tələbələrlə görüş keçirilib.

 

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzi, İsmayıllı Dövlət Peşə Təhsil Mərkəzi və İsmayıllı Dövlət Humanitar və Texnologiya Kolleci ilə birgə təşkil edilən görüşlərdə 251 tələbə iştirak edib.

 

Seminarlarda Mərkəzi Karyera filialının fəaliyyətindən bəhs olunub, tələbələrə “Effektiv CV və resume hazırlığı” mövzusunda məlumatlar verilib. Görüşdə, həmçinin tələbələri maraqlandıran suallar cavablandırılıb, “Alo Karyera” dəstək xidməti və “CV yarat” platformasının üstünlüklərindən danışılıb.