Qazaxıstanın nümayəndə heyəti məşğulluq sahəsində Azərbaycan təcrübəsi ilə tanış olub

Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyində ölkəmizdə səfərdə olan Qazaxıstan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əmək Resurslarının İnkişafı Mərkəzinin (ENBEK) nümayəndə heyəti ilə görüş olub.

 

Agentliyin İdarə Heyətinin sədri Sadiq Əliyev Azərbaycan və Qazaxıstan arasında ikitərəfli münasibətlərdən bəhs edib, məşğulluq sahəsində də əlaqələrin genişlənməsinə xüsusi önəm verildiyini vurğulayıb.  Qonaqlara Agentlik tərəfindən görülən işlər, rəqəmsal məşğulluğun təmin edilməsi istiqamətində icra olunan layihələr, yeni konsepsiyanın tətbiqi və karyera planlaması üzrə görülmüş işlər barədə məlumat verilib.

 

Mərkəzin prezidenti Daulet Arqandıkov da öz növbəsində rəhbərlik etdiyi qurumun xidmətlərindən bəhs edib, iş prinsipi, fəaliyyət istiqamətləri və prioritet sahələri barədə təqdimat edilib.

 

Daha sonra qurumlar arasında əməkdaşlıq perspektivləri ilə bağlı müzakirə aparılıb, görülmüş işlərdən danışılıb.

 

Səfər çərçivəsində nümayəndə heyəti Bakı Regional Məşğulluq filialında da olub. Qonaqlar Filialda işsiz və işaxtaran şəxslərə göstərilən xidmətlərlə tanış olublar.

 

Qeyd edək ki, nümayəndə heyətinin səfəri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi ilə imzalanan “Fəaliyyət Planı” çərçivəsində baş tutub.