Dövlət Məşğulluq Agentliyinin fəaliyyətinə göstərdiyiniz diqqət üçün təşəkkür edirik. Agentliyin fəaliyyəti barədə xəbərlər mütəmadi olaraq sizə göndəriləcək.
OlduƏmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Sadiq Əliyev Qazax-Tovuz və Şəki-Zaqatala iqtisadi rayonunda fəaliyyət göstərən müəssisələrdə işəgötürənlərlə görüşüb.
Agentlik sədri Qazaxda 2000-ci ildən mebel istehsalı və satışı sahəsində fəaliyyət göstərən “SALOĞLU” Fərdi Firmasında olub. Regionun ən böyük işəgötürənlərindən olan müəssisənin 360 əməkdaşı var. Onlardan 66 nəfəri məhz 2024-cü ildə Dövlət Məşğulluq Agentliyinin göndərişi əsasında işlə təmin olunub. Bundan əlavə “SALOĞLU” Fərdi Firması ilə əməkdaşlıq çərçivəsində cari ildə 35 nəfərdən ibarət peşə hazırlığı kursu, 1 əmək yarmarkası təşkil edilib.
Sadiq Əliyev həmçinin Oğuzda fəaliyyət göstərən Qarğıdalı Emalı Müəssisəsinə (“Corn Processing Company” MMC) baş çəkib. Müəssisədə ümumilikdə 178 nəfər çalışır ki, onların da 30 nəfəri Dövlət Məşğulluq Agentliyinin göndərişi əsasında işlə təmin olunub. Bundan əlavə yaxın zamanda müəssisə ilə əməkhaqqının birgə maliyyələşməsi proqramı üzrə də əməkdaşlığa başlanılacaq.
Görüşlər zamanı işəgötürənlərə Agentliyin fəaliyyət istiqamətləri, rəqəmsal layihələri, işəgötürənlərə dəstək proqramları barədə məlumat verilib, gələcək əməkdaşlıq məsələlərinə dair müzakirələr aparılıb.