Dövlət Məşğulluq Agentliyinin fəaliyyətinə göstərdiyiniz diqqət üçün təşəkkür edirik. Agentliyin fəaliyyəti barədə xəbərlər mütəmadi olaraq sizə göndəriləcək.
OlduƏmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən işsiz və işaxtaran şəxslər üçün növbəti əmək yarmarkaları təşkil edilib.
Qazax-Tovuz Regional Məşğulluq filialı tərəfindən Qazaxda təşkil edilən tədbirdə Saloglu Mebel firması tərəfindən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin açılışını həyata keçirdiyi “Venzana” mebel fabrikində yeni açılan iş yerləri üçün 100 vakansiya təqdim edilib.
Növbəti əmək yarmarkası Abşeron-Xızı Regional Məşğulluq filialı tərəfindən Abşeron Rayon İcra Hakimiyyəti ilə birgə keçirilib. Tədbirdə 22 müəssisə tərəfindən 175 iş yeri təqdim edilib, işsiz və işaxtaran şəxslərə işəgötürənlərlə əlaqə qurmaq və boş iş yerləri ilə tanış olmaq imkanı yaradılıb.
Hər iki tədbirdə müraciət edən şəxslərin CV-ləri qəbul edilərək nəzərdən keçirilib, uyğun namizədlər növbəti mərhələyə dəvət olunublar.
Yarmarkalarda işsiz və işaxtaran şəxslərə Agentliyin aktiv məşğulluq tədbirləri barədə də məlumat verilib, müraciət etmək istəyən şəxslərlə ilkin sorğular həyata keçirilib. Yeni peşəyə yiyələnmək istəyən vətəndaşlara isə Agentlik tərəfindən işəgötürənlərlə əməkdaşlıq çərçivəsində tədrisi həyata keçirilən kurslar barədə məlumat verilib.