Qaxda keçirilən əmək yarmarkasında 120-dən çox vakansiya təqdim edilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi tərəfindən işəgötürənlərlə birgə növbəti əmək yarmarkası Qax şəhərində keçirilib.

 

Şəki-Zaqatala Regional Məşğulluq filialının təşkilatçılığı ilə keçirilən yarmarkada 16 işəgötürən tərəfindən 120-dən çox vakansiya təqdim olunub.

 

Aktiv məşğulluq tədbirində iştirak edən şəxslərin CV-ləri qəbul edilərək nəzərdən keçirilib, uyğun namizədlərin vakansiyalar üzrə məşğulluqlarının təmin edilməsi üçün işlərə başlanıb.

 

Əlavə olaraq, yarmarkada vətəndaşlara özünüməşğulluq proqramı və peşə hazırlığı kursları barədə də məlumat verilib.

 

Bizi sosial mediada izləyin

 

Facebook: dma.gov.az

Instagram: dma.gov.az

Linkedin: Dövlət Məşğulluq Agentliyi

YouTube: dmasosialgovaz