Dövlət Məşğulluq Agentliyinin fəaliyyətinə göstərdiyiniz diqqət üçün təşəkkür edirik. Agentliyin fəaliyyəti barədə xəbərlər mütəmadi olaraq sizə göndəriləcək.
OlduƏmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin Mərkəzi Karyera filialının təşkilatçılığı ilə Tərtər Qadın Resurs Mərkəzində qadınlar üçün “Karyera inkişafı və həyat bacarıqları” mövzusunda təlimlər keçirilib.
UNDP Azərbaycan, Britaniyanın Azərbaycandakı Səfirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Mərkəzi Karyera filialının birgə əməkdaşlığı ilə 5 gün ərzində keçirilən təlimlərdə 20 qadın iştirak edib.
Təlimlərdə karyera planlaması, iş axtarış alətləri, düzgün rezüme və istək məktubunun hazırlanması, müsahibəyə hazırlıq və bu günün və gələcəyin bacarıqları mövzularında iştirakçılara məlumatlar verilib, onların sualları cavablandırılıb.