Dövlət Məşğulluq Agentliyinin fəaliyyətinə göstərdiyiniz diqqət üçün təşəkkür edirik. Agentliyin fəaliyyəti barədə xəbərlər mütəmadi olaraq sizə göndəriləcək.
OlduPrezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun möhtəşəm Zəfər əldə etdiyi 44 günlük Vətən müharibəsindən sonrakı dövrdə dövlət başçısının tapşırıqları əsasında şəhid ailələri üzvləri və müharibə iştirakçıları ilə bağlı həyata keçirilən genişmiqyaslı sosial dəstək paketinin icrası uğurla davam etdirilir.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən həmin sosial dəstək paketi çərçivəsində postmüharibə dövründə şəhid ailələri üzvləri və müharibə iştirakçıları olan 23 165 şəxsin məşğulluğu təmin edilib.
Onlardan 11 236 şəxs özünüməşğulluq proqramına cəlb olunub, verilmiş aktivlər hesabına həmin şəxslər üçün kiçik bizneslər yaradılıb.
O cümlədən 11 minə yaxın şəxs münasib işlərlə təmin edilib, 970 nəfər isə peşə hazırlığına cəlb edilib. Peşə hazırlığını uğurla bitirən şəxslərin məşğulluğunun təmin olunması istiqamətində işlər görülüb.