Dövlət Məşğulluq Agentliyinin fəaliyyətinə göstərdiyiniz diqqət üçün təşəkkür edirik. Agentliyin fəaliyyəti barədə xəbərlər mütəmadi olaraq sizə göndəriləcək.
OlduPrezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun möhtəşəm Zəfər əldə etdiyi 44 günlük Vətən müharibəsindən sonrakı dövrdə dövlət başçısının tapşırıqları əsasında şəhid ailələri üzvləri və müharibə iştirakçıları ilə bağlı genişmiqyaslı sosial dəstək paketinin icrası uğurla davam etdirilir.
Postmüharibə dövründə Nazirliyin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi tərəfindən şəhid ailəsi üzvləri və müharibə iştirakçıları olan 21,4 min şəxs aktiv məşğulluq proqramlarına cəlb edilib.
Onlardan 10,5 min nəfəri üçün özünüməşğulluq proqramı çərçivəsində kiçik ailə təsərrüfatları yaradılıb, 10,2 min şəxs isə münasib işlə təmin edilib. Həmçinin 659 şəxs peşə hazırlığına cəlb olunub.