Dövlət Məşğulluq Agentliyinin fəaliyyətinə göstərdiyiniz diqqət üçün təşəkkür edirik. Agentliyin fəaliyyəti barədə xəbərlər mütəmadi olaraq sizə göndəriləcək.
OlduƏmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin İdarə Heyəti sədrinin müavini Hasil Abbasov Avropa Sosial Şəbəkəsi tərəfindən Polşanın Varşava şəhərində keçirilən “Üzvlər Forumu”nda iştirak edib.
“Nailiyyətlər, sosial xidmətlərin gələcəyinin formalaşdırılması” mövzusunda keçirilən Forumun məqsədi Avropa Sosial Şəbəkəsinə üzv olan bütün qurumlar arasında şəbəkələşmə və təcrübə mübadiləsinin aparılması və üzvlər arasında əlaqələrin gücləndirilməsidir.
Hasil Abbasov Forum çərçivəsində iclaslarda iştirak edib və tədbir iştirakçılarına Agentliyin fəaliyyət istiqamətləri, beynəlxalq əməkdaşlıqlar, icra olunan layihələr haqqında ətraflı məlumat verib.
Bizi sosial mediada izləyin
Facebook: dma.gov.az
Instagram: dma.gov.az
Linkedin: Dövlət Məşğulluq Agentliyi
YouTube: dmasosialgovaz