Dövlət Məşğulluq Agentliyinin fəaliyyətinə göstərdiyiniz diqqət üçün təşəkkür edirik. Agentliyin fəaliyyəti barədə xəbərlər mütəmadi olaraq sizə göndəriləcək.
OlduƏmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi və Sloveniya Respublikasının Əmək, Ailə, Sosial Məsələlər və Bərabər İmkanlar Nazirliyi yanında Məşğulluq Xidməti arasında onlayn görüş keçirilib.
Dövlət Məşğulluq Agentliyi ilə Sloveniya Məşğulluq Xidməti arasında imzalanmış Fəaliyyət Planı çərçivəsində baş tutan görüş peşəyönümü məsləhət xidmətləri mövzusunda olub.
İlk olaraq Dövlət Məşğulluq Agentliyinin nümayəndələri yeni konsepsiyanın icrası, karyera məsləhətçisi institutunun yaradılması və fərdi məşğulluq proqramı barədə məlumat verib, bu istiqamətdə həyata keçirilən islahatları qeyd ediblər.
Sloveniya Məşğulluq Xidmətinin nümayəndələri də öz növbəsində karyera məsləhəti xidmətinin əhəmiyyəti və karyera seçimində psixoloji testlərin üstünlüyü barədə məlumat veriblər.
Daha sonra hər iki qurumun nümayəndələri mövzu ilə bağlı öz təcrübələrini bölüşüblər.
Bizi sosial mediada izləyin
Facebook: dma.gov.az
Instagram: dma.gov.az
Linkedin: Dövlət Məşğulluq Agentliyi
YouTube: dmasosialgovaz