Dövlət Məşğulluq Agentliyinin fəaliyyətinə göstərdiyiniz diqqət üçün təşəkkür edirik. Agentliyin fəaliyyəti barədə xəbərlər mütəmadi olaraq sizə göndəriləcək.
OlduƏmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi tərəfindən ölkəmizdə ikinci dəfə keçirilən Peşələr Festivalının növbəti dayanacağı Sabirabad olub.
“Peşəni peşəkardan soruş!” devizi ilə keçirilən tədbirdə Agentliyin İdarə Heyəti sədrinin müavini Ülvi Abasquliyev, Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarov, dövlət və özəl qurumların nümayəndələri, məktəblilər, tələbə və gənclər iştirak edib.
Festival rayonda böyük marağa səbəb olub və tədbirə 14 minə yaxın şəxs qatılıb.
Qonaqlar təqdim olunan peşələrin stendləri ilə tanış olub, peşələr üzrə ekspertlərlə söhbət ediblər.
Festival çərcivəsində iştirakçılar təqdim edilən peşələr üzrə hansı bacarıqların tələb olunduğunu öyrənir, müxtəlif peşələr üzrə ekspertlərin təqdimatlarında iştirak edir və peşələrlə əyani şəkildə tanış olmaq imkan əldə edirlər.
Bundan başqa, festival iştirakçılarına Agentliyin Mərkəzi Karyera filialının karyera məsləhətçiləri tərəfindən peşəyönümü məsləhət xidmətlərinin göstərilməsi təmin edilir, onlara xidmətlər haqqında məlumat verilir.
Növbəti Peşələr Festivalı Bakıda keçiriləcək.