Peşə və kvalifikasiya standartlarının hazırlanmasında Türkiyə təcrübəsi ilə tanışlıq olub

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Dövlət Məşğulluq Agentliyinin və “Məşğulluğa Dəstək Layihəsi”nin nümayəndələri Türkiyə Respublikasının Peşə Kvalifikasiya Təşkilatında (Mesleki Yeterlilik Kurumu - MYK) təcrübə səfərində olub.

 

Səfərin məqsədi Peşə Kvalifikasiya Təşkilatının peşə və kvalifikasiya standartlarının hazırlanması, səriştələrin qiymətləndirilməsi və sertifikasiya üzrə qabaqcıl təcrübəsini öyrənməkdir.

 

Səfər çərçivəsində nümayəndələr peşə və kvalifikasiya standartlarının hazırlanması, kvalifikasiya standartı əsasında qiymətləndirmə prosesinin təşkili və nəzarət mexanizmlərinə dair təqdimatlarda iştirak edib, həmçinin Təşkilatın tərəfdaş təşkilatlarına səfərlər ediblər.

 

Bizi sosial mediada izləyin

 

Facebook: dma.gov.az

Instagram: dma.gov.az

Linkedin: Dövlət Məşğulluq Agentliyi

YouTube: dmasosialgovaz