Dövlət Məşğulluq Agentliyinin fəaliyyətinə göstərdiyiniz diqqət üçün təşəkkür edirik. Agentliyin fəaliyyəti barədə xəbərlər mütəmadi olaraq sizə göndəriləcək.
OlduAparılan sorğuya əsasən 7-11-ci sinif şagirdlərinin 39%-i ya ixtisas seçimi etməyib, ya da seçdikləri ixtisasdan əmin deyil.
Respondentlərin 28,33%-i peşə seçimində əsas meyar kimi gələcəkdə daha yüksək qazanc əldə etməyi göstərib. 11,91%-i ixtisas seçimində məktəbdə yaxşı bildikləri fənlərə əsaslandığını, 6,72%-i isə seçiminin səbəbi kimi həmin peşənin populyarlığını qeyd edib.
Bu nəticələr Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən yeni hazırlanmış əmək bazarı bülletenində öz əksini tapıb.
Bülleten, şagirdlərin peşə və ixtisas seçimi ilə bağlı məlumatlılıq səviyyəsini, seçim prosesinə təsir edən amilləri və digər məqamları özündə əks etdirir. Sorğu çərçivəsində 61 rayon üzrə mərkəzi və kənd məktəblərində təhsil alan 8 709 şagirdin cavabları təhlil edilib.
Sorğuda iştirak edən respondentlərin 8.4%-i valideynlərinin tövsiyəsi əsasında ixtisas seçdiklərini, 4.45% respondent qəbul balının yalnız həmin ixtisasa çatacağını düşündüyü üçün, 4.03% isə ətrafdakı insanların tövsiyələrinə əsaslanaraq seçim etdiyini bildirib.
Sorğu əsasında o da aydın olub ki, ən çox maraq göstərilən qrup 29.29% ilə 3-cü, ən az maraq göstərilən isə 10.48% ilə 4-cü qrupdur.
Bülletenlə qeyd edilən linkə daxil olaraq tanış ola bilərsiniz:
https://dma.gov.az/storage/emek-bazari-bulleteni-3.pdf
Bizi sosial mediada izləyin
Facebook: dma.gov.az
Instagram: dma.gov.az
Linkedin: Dövlət Məşğulluq Agentliyi
YouTube: dmasosialgovaz