Dövlət Məşğulluq Agentliyinin fəaliyyətinə göstərdiyiniz diqqət üçün təşəkkür edirik. Agentliyin fəaliyyəti barədə xəbərlər mütəmadi olaraq sizə göndəriləcək.
OlduƏmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Məşğulluq Agentliyi ilə Təhsil nazirliyi yanında Peşə Təhsili Agentliyi arasında onlayn görüş keçirilib. Görüşdə Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin Sədri Mustafa Abbasbəyli, Əmək Bazarı və Sosial Məsələlər üzrə Observatoriyanın rəhbəri Elşən Əsədov, Təhsil Nazirliyinin Aparat rəhbərinin müavini Həsən Həsənli, Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Pərviz Yusifov, Təhsil İnstitutunun direktoru Rüfət Əzizov və hər iki qurumun nümayəndələri iştirak edib. İki qurum arasında baş tutan müzakirədə peşə təhsilini bitirən şəxslərin məşğulluq məsələləri, əmək bazarının tələblərinə uyğun kadr hazırlığı, karyera planlaması və peşəyönümü istiqamətində əməkdaşlıq, işəgötürənlərlə birgə proqramların icrası məsələləri müzakirə edilib. Həmçinin peşə və kvalifikasiya standartlarının hazırlanması işində bacarıqların inkişafı üzrə sahə komissiyalarının fəaliyyətinin koodinasiya edilməsi və hər iki qurumun mövcud altsistemlərində olan məlumatlardan qarşılıqlı istifadə imkanlarının yaradılması da müzakirə edilən əməkdaşlıq istiqamətlərindən olub.