Dövlət Məşğulluq Agentliyinin fəaliyyətinə göstərdiyiniz diqqət üçün təşəkkür edirik. Agentliyin fəaliyyəti barədə xəbərlər mütəmadi olaraq sizə göndəriləcək.
OlduƏmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi və Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tabeliyində İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi tərəfindən Technest təqaüd proqramı üzrə əməkdaşlığa başlanılıb.
Məqsəd işaxtaran və işsiz şəxslərin əmək bazarının dəyişən tələblərinə uyğun olaraq rəqəmsal savadlılığının artırılması və İKT sahələri üzrə məşğulluğunun təmin olunmasıdır.
Əməkdaşlıq çərçivəsində cari il ərzində 900 işaxtaran və işsiz şəxsin təqaüd proqramı üzrə peşə hazırlığına cəlb olunması nəzərdə tutulub. Artıq Gəncə şəhərində “Yardım masası mütəxəssisi” və “Qrafik dizayner” üzrə 28 nəfər peşə hazırlığı kurslarına cəlb edilib.
Hazırda İKT sahəsində müxtəlif peşələr üzrə Bakı, Sumqayıt, Zaqatala, İsmayıllı, Sabirabad, Mingəçevir, Qazax və Lənkəran rayonlarında təşkil olunacaq peşə hazırlığı kurslarına vətəndaş müraciətlərinin qəbulu davam edir.
Ətraflı məlumat əldə etmək və müraciət üçün Regional Məşğulluq filialına və müvafiq DOST Mərkəzlərinə müraciət edə bilərsiniz.