Dövlət Məşğulluq Agentliyinin fəaliyyətinə göstərdiyiniz diqqət üçün təşəkkür edirik. Agentliyin fəaliyyəti barədə xəbərlər mütəmadi olaraq sizə göndəriləcək.
OlduÖtən il 2520 nəfər Bakı Peşə Hazırlığı Mərkəzində tədrisə cəlb olunub
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin Bakı Peşə Hazırlığı Mərkəzi tərəfindən peşə hazırlığının təşkilində aktiv iştirak edən işəgötürənlər və təlimçilərlə görüş keçirilib.
2023-cü ilin nəticələrinin müzakirə olunduğu görüşdə ötən il həyata keçirilən kurslar barədə məlumat verilib. Bildirilib ki, ötən il Agentlik tərəfindən 9518 şəxs peşə hazırlığı kurslarında iştirak edib və onlardan 2520 nəfəri Bakı Peşə Hazırlığı Mərkəzində tədrisə cəlb olunanlardır.
Daha sonra 2023-cü ilin nəticələrinə əsasən peşə hazırlığı kurslarının təşkilində mütəmadi olaraq göstərmiş olduğu dəstəyə və səmərəli əməkdaşlığa görə 12 müəssisəyə, eyni zamanda müdavimlərin təlim qiymətləndirmə anketinin nəticələrinə əsasən keyfiyyətli təlimlərin keçirilməsi və vəzifəsinin icrasında peşəkarlıq nümayiş etdirdiyinə görə 12 təlimçiyə təşəkkürnamələr təqdim edilib.
İşsiz şəxslərin sosial dəstəklə təminatında sosial tərəfdaşların fəal iştirakının təqdirəlayiq olduğu qeyd edilib, bu sahədə görülən işlərin cari ildə də davam etdiriləcəyi vurğulanıb.