Peşə hazırlığının təşkilində 55 özəl müəssisə ilə əməkdaşlıq edilir

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən peşə hazırlığının təşkilində özəl tədris müəssisələri ilə əməkdaşlıq davam etdirilir.

 

Belə ki, dövlət qurumları ilə özəl sektor əməkdaşlığı çərçivəsində növbəti kursların təşkili üzrə yeni tədris müəssisələri ilə əməkdaşlığa başlanılıb. 2022-ci ilin noyabr və dekabr ayları ərzində Agentliyə 34 müəssisənin müraciəti daxil olub və qiymətləndirmə nəticəsində 14 müəssisə ilə qarşılıqlı əməkdaşlığın qurulması məqsədəuyğun hesab edilib.

 

Onlar "Azərbaycan Mühasiblər Məktəbi" MMC, "USE" MMC, “Go and Study” MMC, “HR Institution” MMC, İqtisadi Zonaların İnkişafı Agentliyi Publik Hüquqi Şəxsin nəzdində Peşə Təhsil Mərkəzi Publik Hüquqi Şəxsi, PROJECT GROUP” MMC, “SENSUM BY AMAPOLA” MMC, “SUMAKS TECHNOLOGİES” MMC “TURİZM.EDU.AZ TƏLİM VƏ TƏDRİS MƏRKƏZİ” MMC, "Vision Academy" MMC, "KVET əlavə təhsil mərkəzi" MMC, “HANDEX” MMC, “SAT Group” MMC, "BERC GROUP" MMC-dir. Bu mərkəzlərdə Agentlik tərəfindən əmək bazarının tələblərinə uyğun peşə və ixtisaslar üzrə işsiz şəxslər üçün ödənişsiz peşə kursları təşkil olunacaq. Hazırda Agentlik tərəfindən ümumilikdə 55 tədris müəssisəsi ilə əməkdaşlıq edilir.

 

Gələcəyin peşələrinə yiyələnmək, peşə hazırlığı kurslarına qatılaraq karyeranızı arzuladığınız peşə istiqamətində qurmaq istəyirsinizsə, DOST mərkəzlərinə və ya Regional Məşğulluq filiallarına müraciət edə bilərsiniz. Hazırda Agentlik tərəfindən 175 prioritet istiqamət üzrə tədris həyata keçirilir.