Peşə hazırlığının təkmilləşdirilməsi məqsədilə Avropa təcrübəsi öyrənilir

Peşə hazırlığı fəaliyyətinin təkmilləşdirilməsi və bu istiqamətdə beynəlxalq təcrübənin öyrənilməsi prosesi davam edir. Bu dəfə ölkəmizdə səfərdə olan Avropa İttifaqının texniki yardım aləti olan Socieux+ proqramının ekspertləri tərəfindən Dövlət Məşğulluq Agentliyinin Peşə hazırlığı departamentinin və Peşə Hazırlığı Mərkəzlərinin əməkdaşları üçün təlim keçirilib.

 

Socieux+ proqramının məqsədi peşə hazırlığının təşkili prosesinin təkmilləşdirilməsi üçün texniki dəstəyin göstərilməsi, təcrübə mübadiləsinin aparılması, peşə hazırlığı sisteminin rəqəmsallaşdırılması istiqamətində müvafiq köməkliyin göstərilməsidir.

 

Təlim zamanı ekspertlər Avropa təcrübəsini bölüşüb, Avropa ölkələrində peşə hazırlığının təşkili və inkişafı istiqamətində həyata keçirilən tədbirlər haqqında təqdimatlarla çıxış edib və iştirakçıların suallarını cavablandırıblar.