Peşə hazırlığı ilə bağlı ictimai dinləmə keçirilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyində peşə hazırlığı fəaliyyətinin təşkili barədə ictimai dinləmə keçirilib.

 

“İctimai iştirakçılıq haqqında” Azərbaycan Respublikasının Qanununun tələbinə əsasən təşkil olunan tədbirdə Nazirlik yanında İctima Şuranın üzvləri, digər vətəndaş cəmiyyəti institutlarının nümayəndələri, mütəxəssis və ekspertlər iştirak edib.

 

Agentliyin İdarə Heyəti sədrinin müavini Cəmaləddin Quliyev tədbir iştirakçılarına peşə hazırlığı sisteminin təkmilləşdirilməsi sahəsində atılan addımlar, Agentliyin həyata keçiridiyi islahatlar və layihələr barədə məlumat verib. Qeyd edib ki, bu gün 175 prioritet istiqamət üzrə peşə hazırlığı həyata keçirilir. Əmək bazarı dəyişdikcə, yeni peşə istiqamətləri müəyyənləşdikcə bu siyahıda da yenilənmə aparılır. 

 

Görüşdə peşə hazırlığı istiqamətində yeni əməkdaşlıq istiqamətləri müzakirə edilib.