Mingəçevir Dövlət Universitetində pedaqoji heyət və tələbələrlə görüş keçirilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin Mərkəzi Karyera filialı tərəfindən Tələbə İnkişaf Platforması çərçivəsində Mingəçevir Dövlət Universitetində pedaqoji heyət və tələbələrlə görüş keçirilib.

 

Görüşdə Filialın müdiri Toğrul Ələkbərov tələbələrin karyera planlaması, onların gələcəyin əmək bazarına hazırlanması mövzuları ətrafında iştirakçılara məlumat verib, universitetin Karyera Mərkəzinin fəaliyyətinin genişləndirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb. 35 nəfərin iştirak etdiyi görüşdə tələbələrin sualları cavablandırılıb, Mərkəzi Karyera filialının fəaliyyəti barədə təqdimat edilib, qarşılıqlı əməkdaşlıq üçün imkanlar müzakirə edilib.

 

Tələbə İnkişaf Platforması çərçivəsində region universitetlərində görüşlər mütəmadi olaraq davam etdiriləcək.