Özünüməşğulluq proqramına qoşulmuş aztəminatlı ailələr üçün kiçik təsərrüfatlar qurulur

Özünüməşğulluq proqramına cəlb edilmiş aztəminatlı ailələrə aktivlərin verilməsi prosesi sürətlə davam etdirilir. Bu gün Bakının bir neçə rayonunda proqram iştirakçıları üçün heyvandarlıq sahəsi üzrə kiçik təsərrüfatlar qurulub. Vətəndaşlara onlara təqdim ediləcək aktivləri seçmək imkanı da yaradılıb.

 

2020-ci ildə özünüməşğulluq proqramına cəlb edilən və xırdabuynuzlu heyvandarlıq sahəsi üzrə aktivlə təmin edilən Vidadi Daşdəmirov yaradılan şəraitə və dəstəyə görə minnətdarlığını ifadə edib. Ağamirzə Əliyev də bu gün aktivlə təmin edilən şəxslərdəndir. O, təsərrüfatını daha da inkişaf etdirəcəyini bildirib. Biznes-planlarının qiymətləndirilməsindən uyğurla keçən digər iştirakçılar: Böyükağa Əsədov və Əlövsət İbrahimova isə iribuynuzlu heyvandarlıq sahəsi üzrə aktivlər verilib. Təsərrüfatları üçün heyvanları özləri seçən proqram iştirakçıları bu sahəni inkişaf etdirmək üçün səylə çalışacaqlarını vurğulayıblar.

 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən bu il məhz kənd təsərrüfatı üzrə 1100-dən çox proqram iştirakçısı üçün kiçik təsərrüfatlar yaradılıb. Yaxın zamanda istehsal və xidmət sahəsi üzrə də aktivlərin paylanması həyata keçiriləcək.

 

alt text

 

alt text

 

alt text

 

alt text

 

alt text

 

alt text

 

alt text

 

alt text

 

alt text