Dövlət Məşğulluq Agentliyinin fəaliyyətinə göstərdiyiniz diqqət üçün təşəkkür edirik. Agentliyin fəaliyyəti barədə xəbərlər mütəmadi olaraq sizə göndəriləcək.
OlduƏmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi özünüməşğulluq proqramı çərçivəsində bu il daha 120 nəfər müharibə veteranını biznes planlarına uyğun aktivlərlə təmin edib.
Verilmiş aktivlər hesabına onlar istehsal və xidmət, kənd təsərrüfatı sahələri üzrə kiçik ailə bizneslərini yaradıblar.
Özünüməşğulluq proqramına cəlb edilən şəxslər üçün ilkin mərhələdə biznes təlimləri təşkil edilir. Təlimləri bitirdikdən sonra onlara seçdikləri iqtisadi fəaliyyət sahələri üzrə mal və materiallar formasında aktivlər verilir.