Dövlət Məşğulluq Agentliyinin fəaliyyətinə göstərdiyiniz diqqət üçün təşəkkür edirik. Agentliyin fəaliyyəti barədə xəbərlər mütəmadi olaraq sizə göndəriləcək.
Olduİnfoturda Nazirlik yanında İctimai Şuranın üzvləri, gənclərlə bağlı
QHT-lərin rəhbərləri iştirak ediblər.
12 avqust - Beynəlxalq Gənclər Günü ilə əlaqədar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi özünüməşğulluq proqramı çərçivəsində gənclər üçün yaradılmış kiçik təsərrüfatlara infotur təşkil edib.
İnforur zamanı Nazirlik yanında İctimai Şuranın üzvləri və gənclər üzrə QHT rəhbərləri proqram üzrə aktivlər verilməklə kiçik təsərrüfatlarını yaratmış gənclərimizdən Emil Əliyevə məxsus bərbərxana və Rinat Quliyevə məxsus avtoyağlama xidmət sahələri ilə tanış olublar.
Agentliyin İdarə Heyəti sədrinin müavini Ramal Quluzadə aktiv məşğuluq tədbirlərinin hədəflərindən birinin də gənclərin məşğulluğunun təminatı olduğunu qeyd edib.
Bildirilib ki, görülən işlərin davamı olaraq cari ilin 7 ayında Dövlət Məşğulluq Agentliyi tərəfindən daha 36 407 gənc işlə təmin olunub. Həmçinin qeyd edilən dövrdə qurum 4 040 gənci müasir əmək bazarının tələblərinə uyğun peşələr üzrə hazırlıq kurslarına cəlb edib, əsasən gənclərdən ibarət 152 min nəfərə isə peşə və ixtisas seçimlərinə dəstək məqsədilə peşəyönümü məsləhət xidmətləri göstərib.
Gənclərin də kiçik biznesə çıxışının dəstəklənməsində özünüməşğulluq proqramının əhəmiyyəti vurğulanıb. Bu ilin yanvar-iyul aylarında daha 1 898 gəncin bu proqrama cəlb edildiyi bildirilib. Onlar üçün kiçik biznesin təşkili və idarə olunması üzrə təlimlərin də təşkil edildiyi, təlimləri bitirdikdən sonra biznes-planlarına uyğun aktivlərlə təmin edildikləri qeyd olunub.
Gənclərin məşğulluğuna dəstək yönümlü digər layihələr “Gənclərin biznes emalatxanası”, “Biznesini Yarat Marafonu”, “Səyyar kofe evləri”, “İrəliləyİŞ” və s. barədə də məlumat verilib.
Gənc proqram iştirakçıları işsiz şəxslərin kiçik sahibkarlığa çıxışına imkan yaradan özünüməşğulluq proqramının icrasına və öz işlərini qurmaları üçün göstərilən dəstəyə görə dövlətimizin başçısına minnətdarlıqlarını ifadə edib, kiçik bizneslərini inkişaf etdirmək üçün səylə çalışdıqlarını bildiriblər.
Bizi sosial mediada izləyin
Facebook: dma.gov.az
Instagram: dma.gov.az
Linkedin: Dövlət Məşğulluq Agentliyi
YouTube: dmasosialgovaz